AZ

Keniyada yanğın nəticəsində 16 şagird həlak olub

Bakı. Trend:

Keniyanın Nyeri şəhərində məktəbdə baş verən yanğın nəticəsindəazı 16 şagird həlak olub.

Trend xəbər verir ki, bu barədə Citizen TV telekanalı yerlihakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə zamanı daha 14 şagirdin müxtəlif dərəcəli xəsarətləraldığı və yaxınlıqdakı xəstəxanalara aparıldığı bildirilir.

Hazırda polis araşdırma aparır, yanğının səbəbi açıqlanmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
az.trend.az

4Mənbələr