AZ

SOCAR-ın Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

SOCAR-ın

Bakı, 6 sentyabr, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) qəbul planı 100 faiz dolub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasında olub (687.1 bal).

Ölkədə ən yüksək orta keçid balı da (645 bal) ali məktəbə aiddir.

Beynəlxalq və respublika fənn olimpiadaların 16 qalibi BANM-ə müsabiqədənkənar qəbul olub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, 2024-cü ilin qəbul nəticələri ali məktəbin yüksək təhsil standartlarını və tələbələrin böyük marağını əks etdirir, elmi və akademik üstünlüyünü göstərir: “BANM öz mükəmməl tədris proqramları və yüksəkkeyfiyyətli təhsil imkanları ilə tanınaraq gələcəkdə də Azərbaycanda ali təhsil sahəsində öncül mövqeyini qoruyacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
5
azertag.az

6Mənbələr