AZ

Məktəb yandı - 17 şagird həlak oldu

Keniyanın Nyeridəki Hillside Endarasha məktəbinin yanması nəticəsində 17 şagird həlak olub, 14 nəfər isə yaralanıb.

Ölkə prezidenti Uilyam Ruto təhqiqatın aparılmasına və günahkarların məsuliyyətə cəlb edilməsinə göstəriş verib.

Keniya televiziyaları bildirib ki, yanğın o qədər güclü olub ki, şagidrlərin cəsədləri tanınmaz hala düşüb.


Bundan əvvəl Keniyada 2017-ci ildə Nayrobidə məktəbdə baş verən yanğında 9 şagird həlak olmuşdu. 2001-ci ildə Kyanquli orta məktəbinin yataqxanasında baş verən yanğında 58 məktəbli, 2012-ci ildə isə Keniyanın qərbindəki Homa Bay qraflığında məktəbdə baş verən yanğında 8 şagird həlak olub.
 
Gülnar

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
anews.az

10Mənbələr