AZ

Bakıda ən bahalı yaşayış mənzilləri haradadır? – ARAŞDIRMA

Bakı şəhərində ilkin mənzil bazarında ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınıb.

Banker.az xəbər verir ki, ölkədə ən iri ipoteka portfelinə sahib olan ABB araşdırma aparıb.

Məlumata əsasən, 2022-ci il ilə müqayisədə ən çox bahalaşma Xətai 32%, ən az isə Qaradağ rayonunda 3% müşahidə edilib.

Təkrar mənzil bazarında da ilkin mənzil bazarında olduğu kimi ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınıb.

2022-ci il ilə müqayisədə ən çox bahalaşma Xətai və Nizami rayonlarında 23%, ucuzlaşma isə Nəsimi rayonunda 3% müşahidə olunub.

“Fiziki şəxslərə ayrılan maksimum ipoteka limitinin məbləği Xətai və Nizami rayonları üzrə təklif edilən mənzillərin orta dəyərinə uyğun olaraq daha əlçatandır”- deyə, araşdırmada qeyd edilir.

2024-cü ildə bu tendensiyanın Suraxanı rayonunda müşahidə edilməsi proqnozlaşdırılır.

122332322

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
44
banker.az

10Mənbələr