AZ

Paşinyan Ermənistan ordusunz tam nəzarət edə bilmir

Ermənistan hökuməti “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnaməni təsdiqləyib. Əsasnamənin təsdiq olunduğu gün Kəlbəcər istiqamətində Ermənistan ordusu təxribatlara əl atıb. Göründüyü kimi, Ermənistan ordusunda sabotajçı qüvvələr qalır və onlar hökumətin Azərbaycanla bağlı siyasətinə qarşıdırlar.

Ötən gün N. Paşinyan 17 bəndlik sülh mətninin 14 bəndinin razılaşdırdıqlarını və keçid sülh müqaviləsinin bağlanmasına hazır olduğunu qeyd etdikdən sonra, Naxçıvanla sərhəddə Ermənistan ordusu atəşkəsi pozdu. Ermənistan ordusu daxilində "Yerkrapa" və "Voma" kimi terror təşkilatları varlığını qoruyub saxlayacaqsa, bu kimi təxribatlar baş verəcək.

Azərbaycanla sərhəddə erməni mövqelərinə "Yerkrapa" terror təşkilatının rəhbəri Sasun Melkonyanın baş çəkməsi onların təxribatlarda maraqlı olduğunu göstərir. Ermənistan Baş naziri ordusunda təxribatçı qüvvələri və Azərbaycana qarşı yaradılan silahlı birləşmələri ləğv etməyincə, sülh prosesinə zərbə vuracaq təxribatlara gedəcəklər. Artıq aydındır ki, Ermənistan ordusuna N. Paşinyan tam nəzarət edə bilmir. Orduda bir bəzi generallar ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edir. Xüsusilə keçmiş Qarabağ klanın orduda dayaqları qalmaqdadır.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
visiontv.az

2Mənbələr