AZ

Nazir müavini UNESCO Rəqəmsal Öyrənmə Həftəsində - Fotolar

Ötən gün elm və təhsil nazirinin müavini Həsən Həsənli UNESCO Rəqəmsal Öyrənmə Həftəsinin 6-cı plenar sessiyasında çıxış edib. 

“Qafqazinfo” xəbər verir ki, “Dayanıqlı gələcəyə gedən yollar: rəqəmsal və yaşıl təhsilə keçid” başlığı altında keçirilən plenar sessiyadakı çıxışında H. Həsənli rəqəmsal və yaşıl təhsilə keçid üzrə təhsil siyasətindən danışıb, ölkəmizin uğurlu təcrübəsini auditoriya ilə bölüşüb. 

COP29 tədbirinin Azərbaycanda keçiriləcəyini və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan nazir müavini bu istiqamətdə elm və təhsil sahəsində həyata keçirilən tədbirlər haqqında da məlumat verib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
qafqazinfo.az

4Mənbələr