AZ

“Vardanyanın Qarabağa gəlməsi, əsir düşməsi və Zatulinin onu reklam etməsi əbəs deyil…” - “Haykakan Jamanak”

“Mən hələ iyulda demişdim ki, Qalstanyanın(R. Köçəryan tərəfindən idarə olunan revanşist keşiş Baqrat-S.L.) rəhbərlik etdiyi hərəkat sentyabrda güclənəcək, lider dəyişəcək, Qarabağ məsələsi yenidən gündəmə gələcək və Ruben Vardanyan o hərəkatın ən parlaq simalarından biri ola bilər. Əslində bu, reallığa çevrilir”. Moderator.az xəbər verir ki, bunu “Haykakan Jamanak”a müsahibəsində politoloq Lilit Dallakyan söyləyib. Siyasi şərhçinin fikrincə, top hakimiyyətin meydançasındadır: “Keçmiş hakimiyyətin və Ruben Vardanyanın kim olduğunu anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur. Bəs hökumət onları agent olmaqda ittiham edirsə, niyə onlar fəaliyyətlərini davam etdirirlər? Hökumət xalqa sual vermək üçün yox, hökumət o suallara cavab vermək üçün oradadır. Çünki bəli, Ruben Vardanyanın Qarabağa niyə göndərildiyini bilmirik, amma milli təhlükəsizlik məsələləri ilə məşğul olan dövlət aparatı var və bu suallara cavab verməlidir”. Dallakyan hesab edir ki, Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxması, Qarabağa getməsi, həbs olunması və Bakıda həbsdə qalması və Rusiyanın bu məsələdə fəaliyyətsizliyi təsadüfi deyil. "...Ruben Vardanyanın Qarabağda peyda olması və əsir düşməsi əbəs yerə deyil və Zatulinin(Dumanın Azərbaycana qarşı fəallığıyla seçilən üzvü-S.L.) daim onun üçün dua etməsi, onu reklam etməsi də əbəs deyil. Mənə elə gəlir ki, bu, ssenarilərdən biridir. Təbii ki, biz 100% əminliklə heç nə deyə bilmərik. Bu gün hətta Rusiya da nə edəcəyini bilmir, çünki onun Cənubi Qafqazdakı fəaliyyəti Ukraynadakı vəziyyətdən asılıdır”, - şərhçi belə deyib. Politoloqun sözlərinə görə, artıq rusiyapərəst və revanşist qüvvələr Ruben Vardanyanı Emənistanın yeni baş naziri təyin etmək planından vaz keçiblər. “Onun Azərbaycan tərəfindən yenicə həbs edilməsi fonunda aksiyalar keçirməyə çalışdılar, amma gördülər ki, bu ssenari baş tutmadı, erməni xalqı Ruben Vardanyanın qəhrəmanlığını qəbul etmədi. İndi ssenari onu hakimiyyətə gətirməkdən ibarət deyil. Çünki Ruben Vardanyan burada nə “artsax qəhmanı”, nə də Ermənistanın gələcək baş naziri kimi qəbul edilmir. Onlar Ruben Vardanyanı bura gətirmək üçün yalnız Qarabağ faktorunu manipulyasiya etməyə və daxili sabitliyi pozmağa çalışacaqlar. Maksimum hədəf Ruben Vardanyan timsalında hakimiyyəti ələ keçirmək deyil, hədəf Ermənistanda parçalanma yaratmaqdır ki, hakimiyyət öz əsas işindən, Sülh müqaviləsindən, ölkənin bərpasından əl çəkərək daim bu təlatümlü işlərlə məşğul olsun. Və bu, ayrı-ayrı şəxslərin deyil, milli təhlükəsizlik məsələsidir” –deyə erməni politoloq vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
dia-az.info

2Mənbələr