AZ

Sırski açıqladı: Kurska müdaxilənin əsas məqsədi budur!

Rusiya Kiyevin gözlənilməz transsərhəd müdaxiləsindən əvvəl Kursk bölgəsindən Ukraynaya yeni hücum planlaşdırırdı.

Aktual.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna ordusunun baş komandanı, general Aleksandr Sırski deyib.

Onun fikrincə, Kursk əməliyyatı uğurla başa çatıb:

"Bu, düşmənin hücum təhlükəsini azaldır. Biz onların fəaliyyətinə mane olduq. Biz döyüşü düşmən ərazisinə daşıdıq ki, o, bizim hər gün hiss etdiyimizi hiss etsin".

İşğalın səbəblərini izah edən Sırski əməliyyatın əsas məqsədlərini vurğulayıb:

"Rusiyanın Kurskdan yeni hücum üçün tramplin kimi istifadə etməsinə mane olmaq; Moskvanın qüvvələrini başqa ərazilərdən yayındırmaq; Təhlükəsizlik zonası yaratmaq və mülki hədəflərin sərhədyanı atəşə tutulmasının qarşısını almaq; Əsir götürmək və Ukrayna qoşunlarının və bütövlükdə xalqın mənəviyyatını yüksəltmək".

Sırski bildirib ki, Moskva Kursk yaxınlığında on minlərlə hərbçi, o cümlədən ən yaxşı hava hücumu birləşmələri yerləşdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
ulusum.az

10Mənbələr