AZ

Bəzi bölgələrdə yağış yağacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-29° isti olacaq. 

Azərbaycanın rayonlarında hava şəra­itinin əsasən yağmursuz keçəcəyi gözləni­lir. Lakin bəzi dağlıq və dağətəyi rayonlar­da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 25-30°, dağlarda gecə 10-15°, gün­düz 18-22° isti olacaq.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
49
xalqqazeti.az

10Mənbələr