AZ

Çempionlar Liqası: "Neftçi"nin Gürcüstan klubu ilə oyununun vaxtı açıqlandı

Qadın futbolu üzrə Çempionlar Liqasının 2-ci qrupunda Azərbaycanı təmsil edən “Neftçi”nin Gürcüstanın “Lançxuti” komandası ilə 3-cü yer uğrunda oyunun başlama tarixi və vaxtı müəyyənləşib.

Sportal.az xəbər verir ki, görüş sentyabrın 7-də Gürcüstanın Tskaltuba şəhərində baş tutacaq.

Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Xatırladaq ki, daha əvvəl “Neftçi” Avstriyanın “Sankt-Pölten” klubuna 0:5 uduzub. “Lançxuti” isə Albaniyanın “Vlajniya” klubu ilə görüşdə 0:3 hesabı ilə məğlub olub.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
sportal.az

1Mənbələr