AZ

Azərbaycanın U-21 millisi bu gün Lüksemburqun qonağı olacaq

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Lüksemburqun qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Görüşü İsveçrədən olan Dezire Qrundbaxer idarə edəcək.

F qrupunun digər matçında Ukrayna Serbiyanı, Şimali İrlandiya İngiltərəni qəbul edəcək.

Qeyd edək ki, 6 oyuna 3 xal toplayan U-21 sonuncu - altıncı pillədə qərarlaşıb. Ukrayna (6 oyun) 18 xalla liderdir. Eyni xala malik İngiltərə (7 oyun) ikinci, Serbiya (7 oyun) 10 xalla üçüncü, Şimali İrlandiya (6 oyun) 6 xalla dördüncü, Lüksemburq (8 oyun) 4 xalla beşincidir.

Müəllif: Ayşən Sadıxzadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
7
sia.az

10Mənbələr