AZ

“Pavel Durov meşşan təbiətli bir varlıqdır... Odur ki, o, üçüncü yolu seçəcək...”

“Durovun Bakıda da çoxlu dostları və biznesmen tanışları vardır, əlbəttə ki, o, öz dostlarının və tanışlarının əhatəsində olub...”
 
“Bu macəranın axırını Durovun özü üçün çox müsbət görürəm. Çünki o, meşşan təbiətli bir insandır, işi-gücü pul qazanmaqdır. Dünyanın ən varlı adamlarından birinə çevrilməkdədir Yüksək intellektə malik, dünyada tanınmış şəxsiyyətdir. Ona görə ki, dünyanın bütün sirlərinin sahiblərindən biridir, daha düzünü desək, dünya informasiya məkanından biri onun əlindədir Odur ki, dünyanın bütün kəşfiyyat orqanları onun hər addımını izləyir. Bütün ölkələr onunla əməkdaşlıq etməyə hazırdır. Azərbaycan da istisna deyil”.
 
Bu fukirləri Moderator.az-a açıqlamasında “Bakıdan Parisə uçduqdan sonra saxlanılan “Telegram” sahibi Pavel Durovun macərasının axırını necə görürsüz?” sualını cavablandırarkən ifadə edib.
 
“Aydındır ki, onun uçub Bakıya gəlməsi dincəlmək məqsədi daşısa da, Azərbaycanın xüsusi xidmət orqanlarının diqqətindən də kənarda qalmamışdır.  Digər tərəfdən, Bakıda dincəlməsinin səbəbləri də aydındır. Çünki bizim şəhərimiz, ilk növbədə,  Bakımızın dəniz kənarlarında salınmış yüksək statuslu istirahət ocaqları dünyanın ən varlı insanlarını Azərbaycana cəlb edir. Azərbaycanın Xəzər sahilləri qumlu sahil olduğundan burada daha yaxşı dincəlmək olur. Pavel Durovun Bakıda da çoxlu dostları və biznesmen tanışları vardır, əlbəttə ki, o, öz dostlarının və tanışlarının əhatəsində olub. Odur ki, Durovun Bakıya gəlib dincəlməsini onun həbsi ilə əlaqələndirmək gülüncdür”, - deyə siyasi şərhçi  davamında bildirib.
 
  “Durov doğrudanmı həbs ediləcəyini bilə-bilə Bakıdan Parisə uçub və Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlığa razılıq verib?” sualını isə analitik belə cavablandırıb:
 
“ “Telegram” sahibinin bilə-bilə Bakıdan Fransaya uçmasının heç bir əsası yoxdur. Bu cür bəsit düşünmək olmaz. Həbsinin səbəbi hər şeydən əvvəl onun yaratdığı “Telegram” kanalının ABŞ-nin, Avropanın, Yaponiyanın, Çinin və başqa ölkələrin informasiya kanalları ilə rəqabətdə olması və yüksək informasiya bazasına malik olmasıdır.  Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir və bu şəxsiyyət yüksək informasiya bazasına malikdir, Durovun niyə saxlanıldığı aydınlaşar. Fransa bu  şəxsiyyəti öz tərəfinə çəkməyə və ona lazın olan informasiyaların açarlarını ondan almağa çalışır.
 
Durovun həbsinin Rusiya ilə əlaqəli olduğunu düşünənlər də haqlıdırlar. Çünki Rusiya–Fransa qarşıdurması güclənir və Avropa Rusiyanın nüvə silahına əl atacağını gözləyir. Hərbi vəziyyətin gərginliyi də P.Durovun Fransa tərəfindən saxlanılmasına səbəb ola bilər.  
 
Təbii ki, bu cür insanın qarşısına Fransanın xüsusi orqanları bir tələb qoyublar: onlarla əməkdaşlıq etmək. Əks halda onu min bəhanə ilə həbsdə saxlayacaqlar. Paris həbsxanasından isə çıxmağın vaxtilə “KQB” türməsindəki kimi  üç yolu var: ölüxana, dəlixana, ya da satqınlıq. 
Durov meşşan təbiətli bir varlıqdır. Onun xarakteri, psixologiyası, davranışları yalnız bir məqsəd üzərində köklənib - pul qazanmaq. Odur ki, o, üçüncü yolu seçəcək, yəni, tezliklə mənsub olduğu informasiya məkanının qiymətini qaldırıb Fransanın “cibi”nə girəcək və tam azadlığa çıxacaq”.
 
Sultan Laçın
 
 
 
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
moderator.az

10Mənbələr