AZ

Sabah bu ərazilərdə qaz olmayacaq

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində pilot layihə çərçivəsində həyata keçiriləcək təmir-quraşdırma işləri ilə əlaqədar, sentyabrın 6-sı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
47
axar.az

10Mənbələr