AZ

ABŞ-dan qabaqcıl texnologiyaların ixracına daha bir məhdudiyyət

Birləşmiş Ştatlar Amerika qabaqcıl texnologiyaların, o cümlədən kvant kompüterlərinin ixracına yeni nəzarət mexanizmi tətbiq edir.

Musavat.com xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin Federal Reyestrdə yerləşdirilmiş bildirişində yer alıb.

Yeni mexanizm kvant kompüterlərinə əlavə olaraq, qabaqcıl yarımkeçirici istehsal avadanlıqlarına, metal komponentlər üçün əlavə istehsala və GAAFET sahə effektli tranzistor texnologiyalarına təsir göstərəcək.

Sənəddə qeyd olunur ki, tədbirlər “qabaqcıl texnologiyalardan milli təhlükəsizliyə təhdid yarada biləcək sui-istifadə hallarının qarşısını almaq” məqsədi daşıyır.

Böyük Britaniya da daxil olmaqla bir neçə ölkə artıq oxşar nəzarət tətbiq edib. Ekspertlər hesab edir ki, bu addımlar Çinə qarşı yönəlib.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
musavat.com

2Mənbələr