AZ

Millətlər Liqası: Yığmamız İsveçə uduzdu

Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasında mübarizəyə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda İsveç seçməsini qəbul edib.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da başlayıb. Matç rəqib komandanın 3:1 hesablı qələbəsi ilə nəticələnib.

    UEFA Millətlər Liqası

    C Liqası, I qrup, I tur

    5 sentyabr

    20:00 Azərbaycan – İsveç 1:3

    Qollar: Renat Dadaşov, 83 - Aleksandr İsak, 65, 71, Viktor Qyökeres, 80-pen.

    Qolla nəticələnməyən penalti: Ramil Şeydayev, 45+7

    Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev.

    İsveç: Viktor Yohansson, Lüdviq Auqustinsson, İsak Hien, Aleks Duqlas, Linus Valqvist, Yasin Ayari, Mattias Svanberg, Antoni Elanqa, Aleksander İsak, Deyan Kuluşevski, Viktor Qyökeres.

    Baş hakim: Balaş Berke (Macarıstan)

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    35
    2
    bakivaxti.az

    10Mənbələr