AZ

Cənubi Afrika ölkələrinin səhiyyə nazirləri meymunçiçəyi epidemiyasını müzakirəETDİLƏR

Cənubi Afrika İnkişaf Birliyinə (CAİB) üzv olan 16 ölkənin səhiyyə nazirləri meymunçiçəyi epidemiyasının müzakirəsi ilə bağlı görüşüblər.

Redaktor.az xəbər verir ki, 16 ölkənin səhiyyə nazirləri meymunçiçəyi epidemiyası ilə bağlı olaraq Cənubi Afrikada bir araya gəlib. 

CAİB tərəfindən edilən yazılı açıqlamada, üzv ölkələrin səhiyyə nazirlərinin Cənubi Afrika bölgəsində meymunçiçəyi epidemiyasına qarşı tədbirlərin qiymətləndirilməsi və bölgə ölkələri arasında koordinasiyanın təmin edilməsi gündəliyi ilə onlayn görüşdüyü bildirilib.

Bildirilib ki, nazirlər görüşdə bölgədəki epidemiyanın vəziyyətini müzakirə ediblər və üzv ölkələr arasında insan, heyvan və ətraf mühitin sağlamlığı sahəsində çalışan bir çox mütəxəssisin əməkdaşlığını təşviq ediblər.

Açıqlamada üzv ölkələrin iclasda meymunçiçəyinə qarşı mübarizə planlarını hazırlayıb həyata keçirməyə dəvət olunduğu, həmçinin epidemiyaya qarşı maliyyə və insan resurslarının səfərbər edilməsinə çağırdıqları bildirilib.

Seymur BƏNNAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
redaktor.az

2Mənbələr