AZ

İki il əvvəl itən pişik evdən 3200 km aralıda tapıldı

ABŞ-da itən pişik 3000 km-dən çox yol qət edib və iki ildən sonra başqa bir ştatda tapılıb. 

HİT.az xəbər verir ki, bu barədə “The New York Post” yazıb.

Massaçusets ştatının Sprinqfild şəhərindəki Dakin Humane Society sığınacağının əməkdaşlarının sözlərinə görə, köməyə ehtiyacı olan arıq pişiyi naməlum şəxs onlara gətirib. Məlum olub ki, heyvanda çip var, onu skan etdikdən sonra itirilmiş ev heyvanının adının Şoto olduğu məlum olub.

Onun sahibləri Texasda yaşayır. Onlar telefonundakı bildiriş sayəsində Şotonun tapıldığını öyrəniblər. Ailə pişiyin 2022-ci ilin qışında itdiyini bildirib. Sahibləri onu çox axtarsa ​​da, tapa bilməyib. Nəticədə pişik 3200 km yol qət edib. Şotonun sahibi dərhal Sprinqfildə yola düşüb və 26 saatdan sonra onu evə gətirib.

"Şotodan başqa heç kim onun Massaçusetsə necə düşdüyünü bilməyəcək. Bu macəra əbədi olaraq onun sirri olaraq qalacaq", deyə sığınacaqdan bildirilib.

Samir
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
41
hit.az

10Mənbələr