AZ

Baydenin oğlu günahını etiraf etmək istəyir

Vergidən yayınmaqda ittiham olunan ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden günahını etiraf etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Ebbi Louel məlumat verib.

Bildirilir ki, Hanter Baydenin vəkili hakimə Baydenin vergidən yayınma ilə bağlı cinayət işində münsiflər heyətinə ehtiyac olmadığını deyib. Belə ki, Hanter öz günahını etiraf etmək niyyətindədir.

2023-cü ilin dekabr ayının əvvəlində prezidentin oğluna vergidən yayınma ittihamı irəli sürülüb. O, 17 ilə qədər həbs oluna bilər.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
teleqraf.com

1Mənbələr