AZ

Bu da AzTV-nin "Telesəhər" verilişinin yeni aparıcıları - FOTO

AzTV-nin "Telesəhər" verilişinin yeni aparıcıları bəlli olub.
 
Moderator.az publika.az xəbər verir ki, "Telesəhər" yeni mövsümə yeni simalarla hazırdır.
 
Belə ki, 9 sentyabrdan yayıma başlayacaq verilişə yeni aparıcılar təyin olunub.
 
Verilişin aparıcıları Şaiq Ağayev, Təranə Quliyeva, İskəndər İbrahim və Könül Cəfərzadədir.
 
Şaiq Ağayev altı ildir ki, AzTV-də aparıcı vəzifəsində çalışır. Daha əvvəl "Regional", "Region", ATV və ARB TV-də çalışıb.
 
Təranə Quliyeva daha öncə Lider TV-də redaktor, GünAz TV və ATV-də aparıcı, son olaraq MTV-də layihə rəhbəri və aparıcı kimi çalışıb.
 
İskəndər İbrahim Xəzər TV, Xəzər FM və Araz FM-də aparıcı vəzifəsində çalışıb.
 
Könül Cəfərzadə isə həm aktrisa, həm də aparıcı kimi fəaliyyət göstərir. İki ildir ki, AzTV-də çalışır və son olaraq "Üçbucaq" verilişinin aparıcısı olub.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
15
moderator.az

10Mənbələr