AZ

Paralimpiya Oyunlarında idmançının dəqiq zərbəsi hər kəsi heyran etdi - VİDEO

Parisdə keçirilən Paralimpiya Oyunlarında 17 yaşlı hindistanlı atlet Sheetal (Şital) Devi qadınların oxatma yarışında tamaşaçıları valeh edib. Belə ki, qolları olmayan qız ayaqları ilə ilk onluğa düşüb. Kadrlar internetdə yayılan kimi viral olub.



Sfera.az bildirir ki, Şital Devi yuxarı və ya aşağı ətrafların anadangəlmə qüsuru olan fokomyeliya ilə doğulub. 2021-ci ildə o, oxatma ilə məşğul olmağa başlayıb və bu müddət ərzində artıq bir çox mükafatlar alıb. Məşqlərə başladıqdan 11 ay sonra 2022-ci ildə Asiya Paralimpiya Oyunlarında iştirak edən Şital, fərdi yarışlarda qızıl və qadın cütlüklərində gümüş medal qazanıb.
 

Qız və onun məşqçisi xüsusi atış taktikasını işləyib hazırlayıb: o, yayı ayaqları, çiynləri və çənəsi ilə tutur.


Parisdə keçirilən Paralimpiya Oyunlarında Şital Devi təpik zərbələrindən biri ilə izdihamı ovsunlamağı bacarıb. Onun atışları alqış fırtınasına səbəb olub. Şital ilk onluqda yer alıb.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1308
sfera.az

1Mənbələr