AZ

Müstəqillik illərində Azərbaycan mətbuatı özünün ali məqsədlərini həyata keçirmək üçün daha geniş imkanlar əldə edib

Bakı, 5 sentyabr, AZƏRTAC

“Məlumdur ki, respublikamız dövlət müstəqilliyini qazandıqdan sonra milli və bəşəri dəyərlərdən bəhrələnən mətbuatımız özünün ali məqsədlərini həyata keçirmək üçün daha geniş imkanlar əldə edib. Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi kimi tarixi əhəmiyyətli qərarından sonra medianın inkişafı üçün əlverişli şərait yaranıb. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm kimi prinsiplər mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubiley tədbirində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov söyləyib.

“Ulu Öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev cəmiyyətin həyatında medianın rolunu yüksək qiymətləndirərək müstəqil medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qalibiyyət medianın da inkişafına impuls vermiş, yeni mərhələnin başlanmasını şərtləndirib”, - deyə Əhməd İsmayılov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
azertag.az

2Mənbələr