AZ

Baş prokuror Şərq İqtisadi Forumunda Qarabağdakı yenidənqurma işlərindən danışıb

Baş prokuror Kamran Əliyev Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda işğaldan azad olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı yenidənqurma işlərindən danışıb.



Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən biznes subyektlərinin hüquqlarının qorunmasına həsr olunmuş sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq sahibkarlığın inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğu, aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturunun yaxşılaşdırıldığını qeyd edib.
Baş prokuror, həmçinin Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyaların yatırılması üçün əlverişli biznes mühitinin yaradılmasından bəhs edib.
Kamran Əliyev Azərbaycanda prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, həmçinin prokurorluğun müvafiq struktur qurumları tərəfindən sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin maraqlarının qorunması sahəsində fəaliyyətindən danışıb.
Baş prokuror cari ilin noyabrında COP29-un Azərbaycanda keçiriləcəyi barədə görüş iştirakçılarına məlumat verib.
Bundan başqa, Taylandlı və Laoslu həmkarları ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri başa çatıb.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
11
nuhcixan.az

10Mənbələr