AZ

Külək güclənib - Faktiki hava

Azərbaycanda sentyabrın 5-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi arabir güclənib.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
30
qafqazinfo.az

10Mənbələr