AZ

Türkiyə turbulentliyə düşən təyyarədə 6 nəfər yaralanıb

Türk Hava Yollarının (THY) İstanbul-Taypey arasında TK24 reysi ilə uçan təyyarəsinin turbulentliyə girməsi nəticəsində 4-ü sərnişin və 2-si kabin heyəti olmaqla 6 nəfər yüngül xəsarət alıb.

"Operativ Media" xəbər verir ki, THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabından verdiyi açıqlamada dünən gecə İstanbuldan havaya qalxaraq Tayvanın paytaxtı Taypeyə gedən təyyarənin əlverişsiz hava şəraiti səbəbindən enişinə 2 saat qalmış turbulentliyə məruz qaldığını açıqlayıb.

Təyyarənin heç bir problem olmadan Taipei Songshan hava limanına endiyini bildirən Üstün, hadisə nəticəsində 4 sərnişin və 2 uçuş heyəti üzvü olan 6 nəfərin yüngül xəsarət aldığını bildirib və əlavə edib:

"TK24 nömrəli İstanbul-Taypey reysini yerinə yetirən quyruq kodu TC-JJE olan təyyarəmiz Taypeydən təxminən 2 saatlıq məsafədə əlverişsiz hava şəraitinə (turbulentlik) məruz qaldı. 214 sərnişin və 17 nəfərlik uçuş heyəti olan təyyarəmizdə , 4 sərnişin və 2 kabin işçisi turbulentlik səbəbiylə həyatını itirdi" , - deyə Yahya Üstün bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
50
operativmedia.az

10Mənbələr