AZ

"Qarabağ"ın rəqibi "Qalatasaray"dan futbolçu aldı

"Qalatasaray"dan ayrılan Serjiu Oliveyranın yeni klubu müəyyənləşib.

Prosport.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

Oliveyra "Olimpiakos"a keçib. 32 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Olimpiakos" Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. "Olimpiakos" - "Qarabağ" görüşü 2025-ci il yanvarın 30-da Pireydə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
prosport.az

4Mənbələr