II Liqada 2024/2025 mövsümünə start verilib.
"Şəfa" yenicə icarəyə götürdüyü "ASK Arena"nın əsas meydançasında "Qusar"ı qəbul edib.
AFFA və Peşəkar Futbol Liqasının "İrəvan"ı çempionatdan kənarlaşdırması nəticəsində güzəşt olunan paytaxt təmsilçisi asan qələbə qazanıb.
Pley-off mərhələsində "Hypers"ə uduzmuş və Region Liqasının qapısından geri qaytarılmış komanda şimal bölgəsindən olan qonaqların qapısından 3 cavabsız top keçirib.
İbrahim Aslanlı 36-cı dəqiqədə hesabı açıb. Aqşin Paşayev 3 dəqiqə sonra uzaq məsafədən gözəl zərbəylə fərqi artırıb.
Elməddin Hüseynzadə isə 79-cu dəqiqədə sürətli əks-hücumu məntiqi sonluğuna çatdırıb.
Hesab meydanda başverənləri özündə tam əks etdirmir. Nadir Əliyevi sükan arxasına gətirmiş ev sahibləri daha 3-4 fürsəti boşa verib.
İmran Məhərrəmov qapıda ayıq-sayıq dayanmasaydı, "Qusar"lılar Bakıdan biabırçı məğlubiyyətlə ayrılacaqdı.
Düzdür, onların da fərqlənmək üçün imkanı oldu. Əsasən də ilk hissədə.
Matçın əvvəlində bir qədər fəallıq göstərdilər, sadəcə, oyunu bu şəkildə davam etdirməyə təcrübələri və fiziki gücləri çatmadı.
Tez yoruldular. Aydın hiss olundu ki, "Qusar" çempionata hazır deyil, heç məşq də keçməyiblər.
Deyəsən, komandanın de-fakto baş məşqçisi olan Kamran Əlibabayev yay aylarında seleksiya prosesinə vaxt ayırmayıb, boş zamanını çayxanalarda domino oynamağa sərf eləyib.
SPORTİNFO.AZ
ASK Arena. 70 tamaşaçı Baş hakim: İslam Məmmədov Baş hakimin köməkçiləri: Gülnurə Əkbərzadə, Elmin Süleymanov Dördüncü hakim: Rövşən Rəcəbov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Asif Əliyev Sarı vərəqələr: Ceyhun Cavadov, 20 (qeyri-idman hərəkəti); İbrahim Aslanlı, 48 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 77 (qeyri-idman hərəkəti); Gülalı Mehrəliyev, 90 (qeyri-idman hərəkəti) // Murad Hüseynov, 34 (qeyri-idman hərəkəti); Firudin Ağalarov, 56 (qeyri-idman hərəkəti) Qollar: İbrahim Aslanlı, 36; Aqşin Paşayev, 39; Elməddin Hüseynzadə, 78 Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq. | | |
“Şəfa” 1. Vaqif Şirinbəyov 23. Comərd Baxşəliyev 25. Qərib İbrahimov (70. Elgün Abbaslı, 71) 21. Novruz Məmmədov 9. Röyal Nəcəfov (k) (7. Elvin Nəsibov, 71) 88. Aqşin Paşayev 6. Ceyhun Cavadov (10. Rauf Məhərrəmov, 63) 17. Hüseyn Əliyev 32. Elməddin Hüseynzadə 20. Haqverdi Həsənov (28. Ülvi Quliyev, 63) 77. İbrahim Aslanlı (27. Gülalı Mehrəliyev, 79) Ehtiyat oyunçular: 13. Əli Həsənli 12. Rafiq Həsənov 22. Tural Nərimanov 34. Elmin Əskərli 8. Elçin Rəhimli 99. Muhəmməd Məmmədli 18. Rəsul Əliyev Baş məşqçi: Nadir Əliyev | “Qusar” 22. İmran Məhərrəmov 15. Firudin Ağalarov 11. Sərxan Ağayev (k) 37 Faik Ağakərimov 88. Turan Babayev (38. Tərlan Salmanov, 46) 17. Elnur Dəmirov 6. Osman Soltanov (7. Kazbək Qafarov, 20) 8. Əsgər Hümbətov (26. Mirzə Əmirov, 70) 4. Mehman Süleymanlı (2. Elgün Süleymanov, 70) 3. Murad Hüseynov 18. İlham Yarəliyev (13. Viqar Əlibabayev, 46) Ehtiyat oyunçular: 99. Manaf Bədəlov 30. Ruslan Kiçibəyov Baş məşqçi: Emin Əmiraslanov | |
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.