AZ

İlham Rəhimov Putinin bitirdiyi universitetin fəxri doktoru oldu

Sankt Peterburq Dövlət Unuversitetinin Elmi Şurası Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovu “Dövlətlərarası münasibətlərin inkişafında göstərdiyi böyük xidmətlərə görə” Sankt Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görüb.

Missiya.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Sankt Peterburq Dövlət Universitetinin Elmi Şurasının 25.11.2024-cü ildə keçiriləcək xüsusi iclasında fəxri diplomun və mantiyanın təqdimetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, sözügedən universitet Rusiya Prezidenti Vladimir Putinin məzunu olduğu təhsil ocağıdır. Professor İ. Rəhimov da məhz bu universitetdə 1970 -75-ci illərdə təhsil alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
missiya.az

10Mənbələr