AZ

Banqladeşin sabiq Baş nazirinə qarşı 122 ittiham irəli sürülüb

Banqladeşin sabiq Baş naziri Şeyx Hasinaya qarşı irəli sürülən ittihamların sayı artaraq 120-ni ötüb. O, müxtəlif ağır cinayətlərdə təqsirləndirilir.

Fins.az xəbər verir ki, sabiq Baş nazirə qarşı ölkə üzrə 122 cinayət işi, o cümlədən qətllərlə bağlı 111 iş qaldırılıb. Bu, kütləvi etiraz hərəkatı zamanı nümayişçilər, təhlükəsizlik qüvvələri, siyasi liderlər və fəallar arasında baş vermiş toqquşmaların çoxlu insan tələfatı ilə nəticələndiyi hadisələrlə bağlıdır. Şeyx Hasina, həmçinin adam oğurluğu, insanlığa qarşı cinayət və soyqırımında ittiham olunur.

Oxşar ittihamlar sabiq xarici işlər, daxili işlər və ədliyyə nazirləri də daxil olmaqla, onlarla şəxsə qarşı irəli sürülüb. Onların arasında Hasinanın bacısı, oğlu və qızı da var.

İttihamlarda iddia edilir ki, iyulun 15-dən avqustun 5-dək davam edən etiraz aksiyalarının gedişində Şeyx Hasinanın və “Avami Liqası” partiyasının digər liderlərinin göstərişi ilə insanlara fərq qoyulmadan atəş açılıb. Nəticədə çoxlu sayda insan həyatını itirib.

Kaira Agayeva 

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
fins.az

3Mənbələr