AZ

Paris-2024: 53 yaşlı idmançı finalda!

53 yaşlı rusiyalı idmançı Yelena Prokofyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
BUTA.TV xəbər verir ki, stolüstü tennisçi yarımfinalda yaponiyalı Kanami Furukavaya qalib gəlib - 3:2 (5:11, 11:9, 10:12, 11:7, 11:6). Prokofyeva finalda Yaponiyanın digər təmsilçisi Natsuki Vada ilə üz-üzə gələcək. Qızıl medal uğrunda qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Yelena Prokofyeva Tokio paralimpiadasında qızıl medal əldə edib. O, 2018-ci ildə dünya çempionu olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
13
buta.tv

10Mənbələr