AZ

Növbəti köç karvanı Şuşada - 30 ailəyə evlərinin açarları təqdim olundu

Bu gün növbəti köç karvanı ilə Şuşa şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Day.Az xəbər verir ki, 30 ailə olmaqla, 102 nəfər Şuşa sakini doğma yurduna qovuşub.

Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
6
day.az

7Mənbələr