AZ

Azərbaycanla İtaliya arasında sənədlər imzalandı

“İtaliya – Azərbaycan dəyirmi masası çərçivəsində yeni birgə istehsal və xidmət sahələrinin yaradılması, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən sənədlər imzalandı”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Sənədlərin icrası innovasiyaları təşviq etmək və iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək”, – deyə nazir qeyd edib.

“Dövlət başçısının Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliya-Azərbaycan dəyirmi masası keçirildi”.

Editor.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə “X” hesabında paylaşım edib:

“İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso və həmkarlarla biznes əlaqələrinin, sənaye, bərpaolunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə səmərəli müzakirələrimiz oldu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
3
editor.az

10Mənbələr