AZ

Köhnə binalarda yaşayanlar kompensasiyanı belə alacaq

Paytaxtın bir çox ərazilərində yerləşən köhnə tikililərin aşağı mərtəbələrində zamanla inşa edilmiş artırmalar mövcuddur. Son illər belə tikintilərin qarşısı alınsa da, vaxtilə tikilmiş əlavə yaşayış yerlərinin sayı kifayət qədər çoxdur.

Köhnə tikili binaların söküntüsünün intensivləşdiyi bir vaxtda, bu mövzu da yenidən aktuallıq qazanıb. Bir çox vətəndaş söküntüləri həyata keçirən tikinti şirkətlərindən əlavə artırmaların da hesablanmasını tələb edir.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur FərzəliyevYenisabah.az-a bildirib ki, mənzil sahiblərinin həmin artırmalar üzərində istifadə hüququ var:

“Köhnə tikili binalara əlavə artırmaların olunması qadağan olunmalıdır. Çünki köhnə tikili binaların əksəriyyəti artıq istismar müddətini bitirib və bir qismi qəzalı vəziyyətdədir. Onlara olunan hansısa konstruksiya dəyişikliyi tikilini daha da qəzalı vəziyyətə gətirib çıxarır. Amma əksər binalarda vaxtında çox böyük artırmalar olub. Vətəndaşlara bununla bağlı rəsmi formada hər hansı icazə verilməsə də, qeyri-qanuni olaraq hansısa icazələr verilib ki, onlar da bunu tikib. Belə olan halda əmlak sahibinin istifadə hüququ yaranıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
7
publika.az

8Mənbələr