AZ

Rus casusluğu ilə ittiham edilən balina güllələndi

Rus casusu olmaqda şübhəli bilinən balina güllələnib.

Bu barədə yerli mətbuat məlumat verib.

Bildirilib ki, Norveçdə casus kimi yetişdirildiyi iddia edilən “beluqa” balinası güllələnərək öldürülüb.

“Beluqa” 2019-cu ildə ilk dəfə Norveçdəki Finnmark sahillərində görülüb.

Keçən şənbə günü Norveçin cənub-qərbindəki körfəzdə “Hvaldimir” adlı balina ölü tapılıb.

Heyvan haqları müdafiəçiləri hadisə ilə bağlı cinayət işi açılmasını tələb ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
busaat.az

1Mənbələr