AZ

2024-cü ilin ən yaxşı qapıçısı mükafatına namizədlər açıqlandı

Məşhur “France Football” jurnalı ənənəvi olaraq, ilin ən yaxşı qapıçısı mükafatına namizədlərin adlarını açıqlayıb.

Arena.az “France Football” nəşrinin seçimi əsasında 2024-cü ilin ən yaxşı qapıçısı adına namizədlərin siyahısını təqdim edir:

Ronven Uilyams (“Sandauns”)
Yan Zommer (“İnter”, Milan)
Unai Simon (“Atletik”, Bilbao)
Emiliano Martines (“Aston Villa”)
Georgi Mamardaşvili (“Valensiya”)
Andrey Lunin (“Real”)
Mayk Menyan (“Milan”)
Qreqor Kobel (“Borussiya”, Dortmund)
Dioqo Kosta (“Portu”)
Canluici Donnarumma (PSJ).

Xatırladaq ki, ilin yekunları üzrə mükafatlandırma 9 seçim əsasında təqdim ediləcək:

  1. Kişilər arasında “Qızıl top”;
  2. Qadınlar arasında “Qızıl top”;
  3. 21 yaşa qədər ən yaxşı oyunçu üçün Kopa qəniməti;
  4. Ən yaxşı qapıçı üçün Yaşin qəniməti;
  5. Ən yaxşı hücumçu üçün Gerd Müller qəniməti;
  6. İlin kişi klubu;
  7. İlin qadın klubu;
  8. İlin kişi məşqçisi;
  9. İlin qadın məşqçisi.

Seçimlər üzrə qaliblər oktyabrın 28-də keçiriləcək “Qızıl top” mərasimində açıqlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
arena.az

1Mənbələr