AZ

Putin: Ukraynaya rəhbərlik edənlər sanki yadplanetlilərdir

"Məndə hərdən belə təəssürat yaranır ki, Ukraynaya rəhbərlik edənlər sanki bir növ yadplanetli və ya əcnəbidirlər​".

Olaylar xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında Ukrayna Silahlı Qüvvələrinin itkiləri haqqında danışarkən deyib.

"Amma düzünü desək, onlar təkcə düşünmürlər, yox, mən ciddiyəm, başa düşürsünüz, belə itkilər böyükdür. Bundan sonra nə edəcəklərini də anlamıram", - deyə Rusiya lideri əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna hökumət üzvlərinin böyük əksəriyyəti tutduqları vəzifədən azad edilib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
olaylar.az

3Mənbələr