AZ

Düplantis 100 metr məsafədə də qalib oldu

Şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu, isveçli atlet Armand Düplantis Tokio Olimpiadasında 400 metr məsafəyə maneələrlə qaçış növündə çempion olan norveçli Karsten Vorholmla yoldaşlıq yarışını qazanıb. 100 m məsafəni daha tez Düplantis qət edib. İsveçli atlet nəticəsi 10.37, Vorholmun  isə 10.47 təşkil edib.

“Özümü əla hiss edirəm. İndi hamı bilir ki, mənimlə oynamaq olmaz (gülür)”, – deyə Düplantis yarışdan sonra qeyd edib.

“Armandı təbrik edirəm. O məni üstələdi, çox sürətli idi”, – deyə Vorholm əlavə edib.

Xatırladaq ki, Düplantis və Vorholm 2023-cü ildə keçirilən mətbuat konfransında bir-birlərinə qarşı yarışmaq barədə razılığa gəlmişdilər. Məğlubiyyətin  “cəza”sı olaraq, Vorholm “Brilyant liqa”nın mərhələ yarışında İsveç milli komandasının rənglərində çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
futbolinfo.az

1Mənbələr