AZ

Biləsuvarda zəlzələ - hər hansı dağıntı yoxdur...

Image

Sentyabrın 5-də Cəlilabad stansiyasından 28 kilometr şimal-qərbdə - Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 10:45-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələ episentrdə 4 bala yaxın, episentrə yaxın ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
baki-xeber.com

10Mənbələr