AZ

“Bu ölkədə dövlət nəinki vətəndaşların, hətta miqrantların da savadına, elminə, istedadına yüksək qiymət verir...”

“Onu da hiss etdim ki, Kandada insanlar öz hökumətlərinə, dövlətlərinə yetərincə etibar edirlər...”
 
“Kanadada Ərzaq qiymətləri Azərbaycana nisbətən baha olsa da, əlbəttə, əmək haqları bizdəkindən dəfələrlə yüksəkdir. Kanadada orta aylıq əmək haqqı 5081 dollardır. Eyni zamanda bütün ərzaqlar, meyvə-tərəvəz çox keyfiyyətlidir, ekoloji təmizliyinə zəmanət yüksək dərəcədədir. Torontoda ABŞ-dən gətirilən qarpızların dadı qeyri-adidir, sanki dondurma yeyirsən”.
 
Bu yaxınlarda Kanadanın Toronto şəhərində bir aylıq səfərdə olmuş  tanınmış alim,  AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Moderator.az-a açıqlamasında “Kanadada sosial durum, ərzaq qiymətləri necədir?” sualını cavablandırarkən belə deyib.
 
“Onu da hiss etdim ki, insanlar öz hökumətlərinə, dövlətlərinə yetərincə etibar edirlər. Hətta mən bir dəfə sakinlərdən biri ilə söhbət zamanı maraqlandım ki, şəhərdə hər yerdə parklarda, meşələrdə internet işləyir: bunun səhhətinizə zərər vurmasından ehtiyat etmirsiz ki. O, cavab verdi ki, biz öz hökumət qurumlarımıza, o cümlədən internet xətlərinin çoxluğunun sağlamlığımıza zərər vurmadığını deyən Səhiyyə Naziriyimizə inanırıq, etibar edirik”, -deyə davamında həmsöhbətimiz söyləyib. 
 
Alim bu Şimali Amerika ölkəsində dövlət tərəfindən insanların, vətəndaşların təhsilinə, savadına, elminə, bacarığına və s. yüksək qiymət verilməsindən də bəhs edib.
 
“Onun  da şahidi oldum ki, Kanadada dövlət, hökumət qurumları  nəinki vətəndaşların, hətta ölkələrində təhsil almağa, işləməyə gəlmiş əcnəbilərin, miqrantların da  biliyinə, təhsilinə, savadına, elminə, istedadına yüksək səviyyədə diqqət göstərir və qiymət verir. Bunun təsdiqini artıq neçə ildir orada yaşayan, işləyən oğlumun timsalında da gördüm. Oğlumun ixtisası Azərbaycanda çox az insana tanış olan “aktuari” adlandırılan bir elm üzrədir. Dövlətin müxtəlif sahələr( kənd təsərrüfatı, sənaye, pensiyalar və s.) üzrə strateji planlaşdırmasıyla məşğul olan ixtisas növüdür. O, Kanadanın Vaterloo universitetinin magistraturasını onlayn olaraq həmin ixtisas üzrə bitirib və sonra Kanadada işləməyə başlayıb. Deməli, oğlumun elmi müdafiə işi müxtəlif təbii fəlakətlər zamanı Kanadanın kənd təsərrüfatına dəyən zərərlərin hesablanması və müxtəlif təsərrüfat sahələrinin gəliri-çıxarının və s. buna uyğun hesablanması kimi bir mövzu ilə bağlı olub. Müdafiədə iştirak edən kənd təsərrüfatı nazirinin müavini oğlumun işini bəyənib və təkid edib ki, o məhz Kanadada qalıb işləsin. Onunla bərabər elmi işlərini müdafiə edənlərdən yalnız 3-ü Kanada da saxlanılıb, qalanları ABŞ-yə göndərilib”,- deyə alim yekunlaşdırıb.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
moderator.az

1Mənbələr