AZ

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında ƏSASNAMƏNİ TƏSDİQLƏDİ

Ermənistan hökuməti sentyabrın 5-də Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnamənin ratifikasiyasını təsdiqləyib.

Korrespondent.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıblar.

Qərarın layihəsində qeyd olunur ki, Əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.

Onu da qeyd edək ki, Ermənistan və Azərbaycan tərəfindən avqustun 30-da imzalanmış sərhədlərin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə yaxın vaxtlarda ölkənin əsas qanununa uyğunluğunun yoxlanılması üçün Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinə göndəriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
22
korrespondent.az

10Mənbələr