AZ

Ekspert: "COP29" sadəcə dövlət və beynəlxalq qurumlar üçün təşkil olunub?

"Baxıram ki, ötən gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Kağızsız Hökumət: Rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı beynəlxalq tədbir keçirilib.
 
Tədbirin də “29 İqlim söhbəti: COP29-a gedən yol” silsilə tədbirlər proqramı çərçivəsində baş tutduğu bildirilib. Diqqətçəkən məqam odur ki, tədbirdə maraqlı tərəflərin iştirakı təmin edilməyib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.


 
Ekspertin sözlərinə görə, tədbirdə yalnız dövlət qurumları və beynəlxalq qurumlar iştirak edib. Mövzular birbaşa vətəndaş iştirakı ilə bağlı olsa da qəribədir ki, nəinki vətəndaş cəmiyyəti və müstəqil ekspertlər, heç biznes sektoru gözə dəymirdi. Çıxış edənlər də ancaq dövlət rəsmiləri olub. Bu cür ictimai əhəmiyyətli bir tədbirin nə üçün qapalı keçirildiyi anlaşılmazdır".
 


Osman Gündüz qeyd edib ki, BMT-nin bu tədbirdə iştirak edən qurumu və onun nümayəndəsi isə rəqəmsal hökumətin inkişafı ilə bağlı dünya ölkələrindəki vəziyyətlə bağlı hər il BMT-nin dərc etdiyi hesabatların hazrlanmasına cavabdehdir:
 
"Çünki hesabatın dərc edilməsinə sayılı günlər qalıb. Adətən bu hesabat sentyabr ayında dərc olunur. 


 
Ekspert bildirib ki, son aylarda ölkədə rəqəmsal hökumət quruculuğu və xidmətlərin səmərəliliyinin artırılması istiqamətində bir neçə uğurlu addmlar atılıb:
 
"Bir sıra sənədlərin rəqəmsal variantlarının hazırlanması, təhsil sektorunda kütləvi xidmətlərin tam rəqəmsallaşması, bütün ölkə üzrə keyfiyyətli internet infrastrukturun qurulması və kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində müəyyən uğurlar əldə edilib".


 
Görəsən son zamanlar bizdə bu istiqamətdə olan müsbət dəyişikliklər həmin hesabatda öz əksini tapacaqmı?
 
Osman Gündüzün sözlərinə görə, xoşbəxtlikdən, regionlarda internet tariflərinə seçim imkanı verilməməsi səbəbindən yaranan yeni mühit, “internet böhranı” ilə bağlı durum da yeni olduğundan güman ki, BMT-nin indiki hesabatında öz əksini tapmayacaq:
 


"Əks halda buna görə ölkəmizin mövqeyi mənfiyə doğru xeyli dəyişəcəkdi.


Maraqlıdır ki, bu hesabat dövrü tam olaraq eGov səlahiyyətlərinin ASAN-dan alınaraq RİNN-ə verildiyi dövrdür. Yəni, BMT qiyməti RİNN-ə, daha doğrusu İRİA-ya verəcək".
 
 











 


 
 



 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
xeberler.az

1Mənbələr