AZ

DGK "Apple"dan gələn mükafatdan rüsum alınmasına aydınlıq gətirdi

DGK "Apple"dan gələn mükafatdan rüsum alınmasına aydınlıq gətirdi

Dövlət Gömrük Komitəsi tələbənin xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük odənişlərinə cəlb olunması faktı ilə bağlı açıqlama yayıb. AFN.az həmin açıqlamanı təqdim edir:Vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən “Apple” markalı qulaqcığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd edib və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb. Araşdırma nəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilib.Daha sonra vətəndaşın müraciəti əsasında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqcıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib və buraxılışı təmin edilib.Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
25
afn.az

10Mənbələr