AZ

AFFA 2-ci Liqanın 2 klubuna texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən “Hypers Guba” və “Sheki City” komandalarına 0:3 hesablı texniki məğlubiyyət verib.Komanda.az xəbər verir ki, hər iki komanda 1-ci turun matçında protokolda adı olmayan futbolçunun meydana çıxmasına görə cəzalanıb.“Hypers Guba” “Saatlı-Araz”la görüşdə Hakan Həsənovun, “Sheki City” isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb.Bölgə təmsilçiləri bu səbəbdən 400 manat cərimələniblər.“Hypers Guba” rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. “Sheki City” isə üç cavabsız qolla məğlub olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
6
komanda.az

10Mənbələr