AZ

Azərbaycanlı futbolçu İtaliya klubundan AYRILDI

İtaliyada legioner həyatı yaşayan Raul Yaqubzadə mövsümə başqa klubda davam edəcək. 

Bizim.Media xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi "Nuovo Florida"dan ayrılıb. 20 yaşlı futbolçu "İmoleze"yə məxsus olsa da, "Nuovo Florida"da icarə əsasında oynayırdı.

O, "İmoleze"də də qalmamaq qərarına gəlib. Yaqubzadənin mövsümün qalan hissəsinə hansı klubda davam edəcəyi dəqiq olmasa da, böyük ehtimalla İtaliyada qalacaq.

Ona İtaliya D və C seriyası klublarından təkliflər var. Yaxın günlərdə forvardın hansı komandaya gedəcəyi dəqiqləşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
3
bizim.media

4Mənbələr