AZ

Uğursuz seçkilərin nəticəsi üçün partiyada istefa məsələsini qaldıracağam - Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Mərkəzi Seçki Komissiyasının və Konistitusuya Məhkəməsinin qərarından sonra İdarə Heyətinin qərarını toplayaraq partiyadan sədr vəzifəsindən istefası məsələsini müzakirə edəcək. Bu barədə siyasətçi anews.az-a açıqlamasında bildirib. 
 
"Ortada uğursuzluq var. Seçkilərdə tutduğumuz xəttdən fərqli olaraq irəliyə doğru deyil, geriyə doğru addımlar atıldı. Bu vaxta qədər olmayan dərəcədə total şəkildə saxtalaşdırma oldu. Bunun üçün partiya rəhbəri kimi məsuliyyət daşıyıram. Çünki partiya üzvlərini inandırmışdıq ki, əvvəlki illərə nisbətən uyğun seçki keçiriləcək. Belə olmayıbsa artıq istefa məsələmin müzakirəsinə ehtiyac yaranır", - Pənah Hüseyn bildirib. 
 
Pənah Hüseyn söyləyib ki, mətbuatda partiyanın fəaliyyətinin dayandırılması ilə bağlı məsələ ilə həqiqətə uyğun deyil. 
 
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Yeni Azərbaycan Partiyasının 68 namizədi qalib gəlib. 43 nəfər bitərəf kimi qalib gəlib. Yerdə qalan 14 nəfər isə partiya təmsilçiləridir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
anews.az

1Mənbələr