AZ

Rusiyada dəhşət: müəllim tərəfindən şillələnən uşaq xəstəxanalıq oldu

Rusiyanın Leninqrad vilayətindən olan uşaq müəllimin onun üzünə şillə vurmasından sonra xəstəxanaya yerləşdirilib.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə sentyabrın 3-də baş verib.

Müəllim ovucu ilə şagirdin qulağına zərbə endirib. Axşam uşaq xəstəxanaya aparılmalı olub. Həkimlər zərərçəkmişə travmatik otit mediası diaqnozu qoyublar. Orta ağır vəziyyətdə olan uşaq LOR şöbəsinə yerləşdirilib.

Məktəb iş gününün bitdiyini əsas gətirərək, vəziyyəti şərh etməyib. Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
medianews.az

1Mənbələr