AZ

AFFA iki kluba texniki məğlubiyyət verildi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Lerik” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Füzuli” komandası 100 manat cərimə edilir (maddə 91);

31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununun 50-ci dəqiqəsində “Hypers Guba” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Hypers Guba” komandası 80 manat cərimə edilir (maddə 52.1);

31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilir (maddə 51.2);

31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Hypers Guba” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə “Hypers Guba” komandası 200 manat cərimə edilir (maddə 73.3);

31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz” komandası “A Buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Saatlı-Araz” komandası 50 manat cərimə edilir (maddə 51.8);

31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Hypers Guba” komandasının  4 futbolçusu sarı vərəqə aldığına görə “Hypers Guba” komandası 70 manat cərimə edilir (maddə 37);

31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Hypers Guba” komandasının  heyətində protokolda adı olmayan 99 nömrəli futbolçu Hakan Həsənov oyuna daxil olduğuna görə “Hypers Guba” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Hypers Guba” komandası 400 manat cərimə edilir (maddə 61.5);

2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Sheki City” – “Şəmkir” oyununda “Şəmkir” komandasının  6 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” komandası 70 manat cərimə edilir (maddə 37);

2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Sheki City” – “Şəmkir” oyununun 84-cü dəqiqəsində “Sheki City” komandasının  heyətində protokolda adı olmayan 77 nömrəli futbolçu Ramin Məmmədov oyuna daxil olduğuna görə “Sheki City” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Sheki City” komandası 400 manat cərimə edilir (maddə 61.5);

2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Şəfa” – “Qusar” oyununda “Şəfa” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” komandası 70 manat cərimə edilir (maddə 37);

2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Ağdaş” – “Kür-Araz” oyununun 71-ci dəqiqəsində “Ağdaş” komandasının 5 nömrəli futbolçusu Vasif Nəsirov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir (maddə 36.5);

2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Ağdaş” – “Kür-Araz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Ağdaş” klubu 80 manat cərimə edilir (maddə 51.2).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
5
idmanxeber.az

8Mənbələr