AZ

2023-cü ildə 18 milyon Amerika ailəsi aclıqla üzləşib

Bakı. TurkicWorld

ABŞ-da aclıq səviyyəsi keçən il təxminən son on ilin ən yüksək səviyyisinə çatıb

TurkicWorld xəbər verir ki, bu haqda ABŞ Kənd Təsərrüfatı Departamentinin dünən (çərşənbə günü) açıqladığı hesabatda məlumat verilir.

Məlumata görə əhalinin 13,5 faizinə bərabər olan 18 milyon ev təsərrüfatı müəyyən məqamlarda kifayət qədər ərzaq almaqda çətinlik çəkirlər.

Qeyd edək ki, Birləşmiş Ştatlarda aclıq dərəcələri illərlə azaldıqdan sonra 2021-ci ildən etibarən artmağa başlamışdır. Keçən il ABŞ Siyahıyaalma Bürosunun məlumatları, COVID-19 pandemiyası zamanı ərzaq yardımını genişləndirən proqramların sona çatmasının ardınca ərzaq təhlükəsizliyinin artdığını göstərdi. Hesabatda artımla bağlı heç bir izahat verilməyib.

May ayında “Feding America” adlı aclıq əleyhinə qrup belə nəticəyə gəlib ki, ABŞ-da ac insanların artan ərzaq qiymətləri də daxil olmaqla qida ehtiyaclarını ödəmək üçün 33,1 milyard dollar vəsaitə ehtiyac var.

Kənd Təsərrüfatı Naziri Tom Vilsack isə öz açıqlamasında "Amerikada kimsənin ac qalması qəbuledilməzdir",- deyə qeyd edib.

Aclıq əleyhinə qruplar deyirlər ki, federal ərzaq yardımı və uşaq vergi krediti proqramlarının genişləndirilməsi problemin həll edilməsinə kömək edəcəkdir.

Onu da əlavə edək ki, hesabatda 2022-ci ildəki göstəricilərlə müqayisədə 2023-cü ildə əlavə bir milyon ailənin ərzaq çatışmazlığı ilə üzləşdiyi qeyd edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
turkic.world

1Mənbələr