AZ

Azərbaycanın IFC ilə “yaşıl tikinti" sahəsində əməkdaşlığı genişlənir-FOTO

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə “yaşıl tikinti” sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

“İki sahil”  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, müzakirələr Komitənin sədri Anar Quliyevin IFC-nin regional direktoru İnes Roçanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.

Bildirilir ki, görüşdə A. Quliyev IFC ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, “yaşıl tikinti” sahəsində aparıcı qlobal təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi üçün növbəti birgə addımların atılmasının vacibliyinə diqqət çəkib.

Eyni zamanda, tikinti layihələrinin “yaşıllaşdırılmasını” və karbon emissiyasının minimuma endirilməsini təşviq edəcək müvafiq sertifikatlaşdırma işinin təşkili imkanları da önəmli müzakirə predmeti olub.

IFC-nin Avropa üzrə regional direktoru bu təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını qeyd edərək, Azərbaycanın ekoloji cəhətdən təmiz tikinti materialları və aşağı karbonlu binaların təşviqi sahəsində səylərini yüksək qiymətləndirib. O, həmçinin IFC-nin dəstəyi ilə dünyanın 96 ölkəsində reallaşdırılan “yaşıl bina” layihəsi ilə bağlı qazanılmış qabaqcıl təcrübəni Azərbaycanla da bölüşmək istədiklərini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
5
ikisahil.az

4Mənbələr