AZ

Astraxanda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə forum keçiriləcək

Bakı. Trend:

Astraxan şəhəridə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi(MTK) üzrə beynəlxalq forum keçiriləcək.

Trend bu barədə forumun saytına istinadən xəbər verir.

“13-15 noyabr tarixlərində Astraxan şəhəridə "Şimal-Cənub - YeniÜfüqlər" adlı beynəlxalq forum təşkil ediləcək. Forum MDB ölkələri,Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrika ölkələri arasındaticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi və "Şimal-Cənub"dəhlizinin yeni iş konsepsiyasının formalaşdırılması məqsədinigüdür”, - Rusiya KİV yazır.

Forumda müzakirə ediləcək mövzular arasında İrandan, İraqdan,Pakistan, Əfqanıstan, Yaxın Şərq, Cənubi Asiya, Şərqi Afrika vəQlobal Cənubdan gələn tələblər və ixrac təklifləri, Yaxın Şərq,Cənubi Asiya və Şərqi Afrikada mövcud və yeni ticarət-nəqliyyatmərkəzləri, "Şimal-Cənub" dəhlizi və əlaqəli marşrutlar üzrətariflər və daşınma müddətləri, Şərq və Qlobal Cənubla iş üçünmaliyyə sxemləri və yük sığortası, eləcə də, yeni şəraitdə paralelidxal və təkrar ixrac məsələləri olacaq.

Tədbirdə iştirak etmək üçün həm region ölkələrinin şirkətnümayəndələri, həm də logistika, bank, maliyyə, konsaltinq vəticarət sahələrindən mütəxəssislər dəvət olunacaq.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi 2000-ciildən Sankt-Peterburqda imzalanmış "Şimal-Cənub" beynəlxalqnəqliyyat dəhlizinin yaradılması haqqında saziş əsasında inkişafedir. Hazırda 12 ölkə, o cümlədən, Azərbaycan dəhliziniştirakçısıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
az.trend.az

2Mənbələr