AZ

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Ucarda vətəndaşlarla görüşəcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova sentyabrın 13-də Ucar Gənclər Mərkəzində (Ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti) Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşlarla görüşəcək.

Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Görüşdə iştirak etmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun 16 saylı Ucar Ərazi İdarəsinə (telefon: 051 3546143, elektron ünvan: [email protected]) sentyabrın 12-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
18
xalqqazeti.az

10Mənbələr